MƏHSUL

FELIX 757 WG

FELIX 757 WG

Bitkiçilik

Kategoriya

Pestisidlər

İstehsalçı şirkət

DVA Agro GmbH

Alt Kategoriya

Herbisidlər

Forma və doza

INJ

Əlaqə

Aktiv maddə: 757q/kq Glyphosate Monoammonium duzu

Forması: Suda dağılan qranul (SDQ)

Qablaşması: 100qr, 1kq

Yararlılıq müddəti: 3 il.

Təsir mexanizmi: Feliks qeyri - selektiv sistem herbisidi olaraq, yarpaqlardan absorbsiya olunub, sonradan bütün bitki boyunca translokasiya olunur. Preparat 2-3 saat ərzində bitkinin daxilinə keçir. Alaqların məhv olmasının vizual əlamətləri 7 – 10 gündən sonra, tam məhv olmasına isə (hava şəraitindən və bitkinin fizioloji vəziyyətindən asılı olaraq) 14-21 gündən sonra rast gəlinir. Torpaqla təmas zamanı inaktivasiya olur.

Təyinatı: Qeyri - selektiv, cücərtidən sonra çoxillik kökümsov, zoğlu birillik, dənli taxıl, enli yarpaqlı alaqların, iynəyarpaqlı alaqların, kənd və meşə təsərrüfatlarında ağac - kol bitkilərinin və eləcə də istifadə olunmayan sahələrdə bitkilərin məhv edilməsi üçün istifadə edilir.

Təsir müddəti: Çiləmə aparılan andan cücərmiş bitkiləri məhv edir.

Qarışdırılması: Əksər fungisidlərlə və insektisidlərlə qarışır.

Əvvəlcədən təyin olunmuş yerlərdə sınaqdan keçirilməsi məsləhət görülür.

Saxlanılması: Preparat öz qabında, quru və sərin, pestisidlərin saxlanılması üçün nəzərdə tutulan xüsusi yerdə saxlanılmalıdır!

+5°C - +35°C temperaturda saxlanılır. Günəş şüasından uzaq tutun. Qida məhsullarından, içkilərdən və heyvan qidalarından uzaq saxlayın.

img
  • Bizi izləyin

Copyright © 2023 AVC Agro

img